- Transfer
- 23:59 26.03.2026
“Sevilya”nın müdafiəçisi Xuanlu Sançes karyerasını İtaliya çempionatında davam etdirməyə çox yaxındır.
90deqiqe.Az-ın "TMW Radio"ya istinadən məlumatına görə, 22 yaşlı futbolçu karyerasını “Napoli”də davam etdirəcək.
Hər iki tərəf transfer məsələsi ilə bağlı uğurlu danışıqlar aparıb və razılaşmanın rəsmiləşdirilməsinə az qalıb. Potensial transferin dəyəri 17 milyon avro olaraq qiymətləndirilir.
Sançes yaxın zamanda Neapola yola düşəcək, burada tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.
Keçən mövsümdə o, “Sevilya”nın heyətində 35 oyunda iştirak edib, 5 qol vurub və 5 asist verib. Qeyd edək ki, “Napoli” hazırda İtaliya çempionatının mövcud çempionudur.