27 mart 2026. Cümə

"Çelsi"dən "Vilyarreal"a


  • Transfer
  • 13:56 20.08.2025
  • Oxunma sayı: 168
"Çelsi"dən "Vilyarreal"a

“Çelsi”nin müdafiəçisi Renato Veiqa karyerasını İspaniyanın “Vilyarreal” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "BBC Sport"a istinadən məlumatına görə, tərəflər şəxsi müqavilə şərtlərini müzakirə edirlər. İspaniya klubu 22 yaşlı futbolçunun transferi üçün 35 milyon avro təklif etsə də, “Çelsi” bu məbləğin 40 milyon avro olmasını tələb edir. Hazırda danışıqlar davam edir.

2024/2025 mövsümünün ikinci yarısında Renato Veiqa İtaliyanın “Yuventus” klubunda kirayə oynayıb, burada 15 matçda iştirak edərək 1 asistlə yadda qalıb. “Vilyarreal”ın müdafiəçi ilə maraqlanması, onun potensialını qiymətləndirən və gələcəkdə komandasına qatmaq istəyən İspaniya klubunun məqsədlərini göstərir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb