- Transfer
- 22:00 05.12.2025
Qarabağ'ın yeni transferi Asmir Beqoviç Ağdam klubuna keçidini şərh edib.
Corner.az-ın xəbərinə görə, bosniyalı qolkiper özünün "Tvitter" hesabında bununla bağlı yazıb: "İcarə əsasında "Qarabağ"a keçdiyimə görə çox xoşbəxtəm".
Qeyd edək ki, "Qarabağ" Asmir Beqoviçi İngiltərənin “Bornmut” klubundan bu ilin sonuna kimi icarəyə götürüb.