- Transfer
- 23:59 26.03.2026
İngiltərənin “Aston Villa” klubunda çıxış edən yarımmüdafiəçi Leon Beylinin İtaliyanın “Roma”sına keçidi rəsmiləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb. Paytaxt klubu yamaykalını mövsümün sonunda birdəfəlik almaq şərti ilə icarəyə götürüb.
İtaliya klubu Beylinin tam transferi üçün 22 milyon avro ödəyəcək.
Keçən mövsümdə İngiltərə Premyer Liqasının 24 oyununda çıxış edən 24 yaşlı yarımmüdafiəçi, 1 qol vurub və 3 asist verib. Yeni mövsümün açılış matçında “Roma” öz meydanında “Bolonya” ilə qarşılaşacaq. Oyun 23 avqust şənbə günü baş tutacaq.