1 oktyabr 2026. Cümə axşamı

Viktor Bonifase “Milan”a keçir


  • Transfer
  • 21:44 20.08.2025
  • Oxunma sayı: 211
Viktor Bonifase “Milan”a keçir

“Bayer” klubunun hücumçusu Viktor Bonifase karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, nigeriyalı forvardın “Milan”a transferi yaxın günlərdə rəsmiləşəcək.

Klublar arasında danışıqların son mərhələyə çatdığı bildirilir. Transferin şərtləri açıqlanmasa da, 24 yaşlı futbolçunun artıq “Milan”la şəxsi müqavilə barədə razılığa gəldiyi vurğulanır.

“Bayer”də 61 rəsmi oyuna çıxan Bonifase 32 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri “Transfermarkt” tərəfindən 40 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, “Milan” 2025/2026 mövsümündə avrokuboklarda iştirak etməyəcək.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir