1 oktyabr 2026. Cümə axşamı

Renatu Veqa “Vilyarreal”a keçir


  • Transfer
  • 22:52 20.08.2025
  • Oxunma sayı: 236
Renatu Veqa “Vilyarreal”a keçir

“Çelsi”nin müdafiəçisi Renatu Veqa karyerasını La Liqada davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçunun “Vilyarreal”a transferi üzrə razılığın əldə olunub.

Sövdələşmənin məbləği bonuslarla birlikdə 29,5 milyon avro təşkil edəcək. Müqaviləyə həmçinin gələcək satışdan yüksək faiz də daxil edilib. Bu transfer “Vilyarreal” tarixində rekord olacaq.

Portuqaliyalı oyunçu artıq şəxsi müqavilə şərtlərində də “sualtı qayıqlar”la razılığa gəlib.

“Sportinq” akademiyasının yetirməsi olan Veqa 2024-cü ildə “Çelsi”yə keçmişdi. Ötən mövsüm londonluların heyətində 18 oyunda 2 qol və 1 assistlə yadda qalıb. O, həmçinin icarə əsasında çıxış etdiyi “Yuventus”da 15 matçda meydana çıxaraq 1 məhsuldar ötürmə edib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir