5 dekabr 2025. Cümə

“Milan” Vlahoviçin transferindən vaz keçmir


  • Transfer
  • 23:56 20.08.2025
  • Oxunma sayı: 197
“Milan” Vlahoviçin transferindən vaz keçmir

“Milan” serb hücumçu Dushan Vlahoviçi komandaya cəlb etmək niyyətindən əl çəkməyib.

90deqiqe.Az xəbər verir ki, İtaliya nəhənginin baş məşqçisi Massimiliano Alleqrinin bu transferə qovuşmasına iki maliyyə problemi mane olur.

Birincisi, “Yuventus” futbolçu üçün 35 milyon avro tələb edir. Bu məbləğ 2022-ci ilin yanvarında ödənilən 70 milyondan az olsa da, “Milan” üçün hələ də yüksəkdir.

İkincisi, futbolçunun öz maaşı barədə razılıq əldə etmək lazımdır. Vlahoviç ehtimal ki, müəyyən güzəştlərə getməli olacaq, xüsusən də Turin klubu razılaşma təklif etməsə.

Xatırladaq ki, Seria A-nın yeni mövsümü bu həftəsonu başlayacaq.







Transfer