- Transfer
- 12:47 04.12.2025
İngiltərənin "Lids" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu "Milan"ın hücumçusu Noah Okaforu transfer edib.
25 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
"Lids" klubunun transferin şərtləri barədə heç bir məlumat vermədiyi qeyd edilir, lakin 2024/2025 mövsümünün ikinci yarısında Okafor İtaliyanın "Napoli" klubunda icarə əsasında çıxış etmişdi.
Qeyd edək ki, "Lids" İngiltərə Premyer Liqasının 1-ci turunda evdə "Everton" klubunu 1:0 hesabı ilə məğlub edib. Hazırda "pavlini"lər növbəti qarşılaşmaya, "Arsenal" ilə səfər oyunu üçün hazırlıqlarını davam etdirirlər.