- Transfer
- 12:47 04.12.2025
İngiltərənin "Nyukasl" klubu "Liverpul"a keçəcəyi gözlənilən forvard Aleksandr İsakın yerini doldurmaq üçün yeni hədəf tapıb.
90deqiqe.Az-ın "Il Messaggero"ya istinadən məlumatına görə, İngilis klubu, "İnter" klubunun gənc forvardı Françesko Pio Espositonu hədəfə alıb. "Sağsağanlar" "İnter" klubuna 20 yaşlı futbolçunun transferi ilə bağlı artıq rəsmi təklif göndərib.
Espositonun xidmətində "Atalanta" klubu da maraqlıdır. Lakin "İnter" futbolçusunu satmağa hazır deyil və bu yay "Napoli"nin onu transfer etmək üçün etdiyi böyük təklifi rədd edib.
Keçən mövsümdə Esposito, "Speçiya" klubunda icarə əsasında çıxış edib. O, 40 oyunda 19 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt məlumatlarına görə, Espositonun bazar dəyəri 25 milyon avro təşkil edir.