- Transfer
- 12:47 04.12.2025
Almaniyanın “Bayer” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Klaudio Eçevarrini heyətinə qatıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Bundesliqada çıxış edəcək. İcarə müqaviləsində satınalma bəndi nəzərdə tutulmayıb.
Argentinalı yarımmüdafiəçi yeni klubunda 9 nömrəli formanı seçib.
Ötən mövsüm Eçevarri “Mançester Siti”nin heyətində 3 oyun keçirib və 1 qol vurub. Onun transfer dəyəri “Transfermarkt” portalının qiymətləndirməsinə görə 18 milyon avrodur.