- Transfer
- 12:47 04.12.2025
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Leverkuzen təmsilçisi "Sevilya"da çıxış edən müdafiəçi Loya Badedeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bundesliqa klubu 25 yaşlı müdafiəçi üçün Əndəlüs təmsilçisinə 29 milyon avro ödəyib. Müqavilədə əlavə olaraq 4 milyon avro bonus nəzərdə tutulub. Fransa millisinin üzvü “Bayer”lə anlaşması 5 il müddətinə imzalanıb. Futbolçu yeni klubunda da 5 nömrəli forma ilə çıxış edəcək.
Ötən mövsüm fransalı futbolçu La Liqa təmsilçisinin heyətində 33 oyunda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 25 milyon avrodur.