- Transfer
- 12:47 04.12.2025
İtaliyanın “Sassuolo” klubu öz yetirməsi Domeniko Berardi ilə əməkdaşlığı davam etdirib.
90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı hücumçu 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni uzunmüddətli müqaviləyə imza atıb.
Berardi “Sassuolo”nun akademiyasının yetirməsidir və əsas komandada debütünü hələ 2011-ci ildə edib. Onun karyerasında 2013–2015-ci illərdə “Yuventus” epizodu olsa da, futbolçu demək olar ki, bütün peşəkar fəaliyyətini “Sassuolo”da keçirib və klubun simvoluna çevrilib.
Təcrübəli forvard bu günə qədər “yaşıl-qara” formanı 400 dəfə geyinib, 148 qol vurub və 110 məhsuldar ötürmə edib.