- Transfer
- 12:47 04.12.2025
“İnter”in hücumçusu Mehdi Taremi karyerasını başqa bir A Seriya klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Sky Sport"a istinadən məlumatına görə, 33 yaşlı forvardla “Parma” klubu maraqlanır. "Duçalar" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Milan təmsilçisi iranlı oyunçuya artıq bel bağlamır və yay transfer pəncərəsində onunla yolları ayırmağa hazırdır. Futbolçunun bazar dəyəri 3,5 milyon avro qiymətləndirilir.
Ötən mövsüm Taremi “İnter”in heyətində 43 matçda meydana çıxıb, 3 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.