5 dekabr 2025. Cümə

“Tottenhem” “Monako”nun hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 22:06 21.08.2025
  • Oxunma sayı: 139
“Tottenhem” “Monako”nun hücumçusunu transfer etmək istəyir

"Tottenhem" "Monako"da çıxış edən cinah yarımmüdafiəçisi Maqnes Akliuşu heyətinə qatmaq niyyətindədir.

90deqiqe.Az-ın "The Independent"ə istinadən məlumatına görə, London təmsilçisi 22 yaşlı futbolçu əsas hədəf kimi nəzərdən keçirilir. İngiltərə klubu artıq fransalı futbolçunun agenti ilə əlaqə saxlayıb.

"Tottenhem" “Monako”ya yaxın günlərdə rəsmi təklif göndərəcək.

“Sporlar” alternativ variant olaraq “Sauthempton”un oyunçusu Tayler Diblinqi də izləyir.

Akliuşu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində 43 oyunda meydana çıxıb, 7 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.







Transfer