5 dekabr 2025. Cümə

“İnter” “Lans”ın yarımmüdafiəçisini transfer edir


  • Transfer
  • 22:19 21.08.2025
  • Oxunma sayı: 137
“İnter” “Lans”ın yarımmüdafiəçisini transfer edir

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, Milan təmsilçisi “Lans”ının yarımmüdafiəçisi Andi Diufun transferini razılaşdırıb.

22 yaşlı futbolçu üçün A Seriya nəhəngi 20 milyon avro ödəyəcək, əlavə 5 milyon avro isə bonus şəklində verilə bilər. Fransalı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

Rəsmi müqavilə tibbi müayinədən sonra qüvvəyə minəcək. Müayinənin bu həftə ərzində keçirilməsi planlaşdırılır.

Gənc yarımmüdafiəçi ötən mövsüm klub səviyyəsində 37 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer