5 dekabr 2025. Cümə

“Borussiya” “Volverhempton”un hücumçusunu transfer edir


  • Transfer
  • 22:23 21.08.2025
  • Oxunma sayı: 162
“Borussiya” “Volverhempton”un hücumçusunu transfer edir

Dortmund “Borussiya”sı “Volverhempton”un hücumçusu Fabio Silvanın şəxsi müqavilə şərtlərini razılaşdırıb.

90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı forvardla müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulur. Portuqaliyalı futbolçu klublar arasında yekun razılaşma əldə olunduqdan sonra tibbi müayinədən keçəcək.

“Borussiya” transferi 20 milyon avro qiymətləndirir, İngiltərə klubu isə 25 milyon avro və bonuslar tələb edir.

Ötən mövsüm Silva icarə əsasında “Las-Palmas”da çıxış edib və La Liqada 24 matçda 10 qol vurub.







Transfer