5 dekabr 2025. Cümə

“Vilyarreal” PSJ-nin qapıçısını transfer edir


  • Transfer
  • 23:10 21.08.2025
  • Oxunma sayı: 169
“Vilyarreal” PSJ-nin qapıçısını transfer edir

PSJ-nin qapıçısı Arnau Tena karyerasını İspaniyanın “Vilyarreal” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, "sualtı qayıqlar"ın baş məşqçisi Marselino yeni qapıçının alınmasını vacib hesab edir.

Hal-hazırda komandanın heyətində Luis Junyur və Dieqo Konde mövcuddur və bu transfer baş tutarsa, onlardan biri komandadan ayrıla bilər.

Arnau Tenas “Barselona” akademiyasının yetirməsidir və 2023-cü ilin yayında sərbəst agent kimi Paris təmsilçisinə qoşulub. İki il ərzində gənclərdən ibarət İspaniya millisinin sabiq qapıçısı 8 matçda meydana çıxıb və 10 qol buraxıb.







Transfer