- Transfer
- 23:59 29.01.2026
“Kristal Pelas” yarımmüdafiəçisi Adam Uorto karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, “qırmızı şeytanlar” 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. İngiltərə klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
İngiltərə millisinin üzvü Mancçester klubuna keçidə maraqlıdır, lakin bunu hər vasitə ilə tələb etməyəcək.
“Pelas” rəhbərliyi isə futbolçunu satmaq istəmir və transfer üçün 70 milyon avro tələb edir. Buna baxmayaraq, “Mançester Yunayted” futbolçu ilə razılaşdıqdan sonra "qartallarla"da danışıqlar aparmağa başlayacaq.
Ötən mövsüm Uorton bütün turnirlərdə 27 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Kristal Pelas”la mövcud müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.