30 yanvar 2026. Cümə

“Real” Vini­siusla yeni müqaviləyə tələsmir


  • Transfer
  • 21:23 22.08.2025
  • Oxunma sayı: 153
“Real” Vini­siusla yeni müqaviləyə tələsmir

İspaniyanın “Real Madrid” klubu hücumçu Vini­sius Ju­niorla bağlı qərar verməyə tələsmir.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, Madrid təmsilçiləri braziliyalı futbolçunun oyununu daha da inkişaf etdirməsini istəyirlər. Klub yeni müqavilə üzrə Vini­siusun tələb etdiyi yüksək məbləği ödəməyə hazır deyil. Lakin tərəflər arasında danışıqlar davam edir və yekun qərar hələ qəbul olunmayıb.

Hazırkı müqaviləyə əsasən, Vini­sius “Real”la 2027-ci ilin yayına qədər bağlıdır. Əgər tərəflər razılığa gəlməsə, növbəti yay “kral klubu” 24 yaşlı hücumçunu endirimli qiymətə sata bilər. Bununla madridlilər futbolçunu müqavilə başa çatdıqdan sonra sərbəst şəkildə itirməkdən sığortalanmaq istəyir.







Transfer