- Transfer
- 23:14 26.03.2026
“Arsenal”ın üçüncü qapıçısı Karl-Yakob Hein Almaniyanın “Verder” klubuna icarəyə verilib.
90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı qolkiperin icarə müqaviləsi bir illik nəzərdə tutulub.
Hein yeddi il əvvəl Estoniyanın “Nomme” klubundan “Arsenal”a transfer olunub. “Kanonirlər”dəki karyerası ərzində estoniyalı oyunçu iki dəfə – “Redinq” və ötən mövsüm “Valladolid”ə icarəyə göndərilib. Hazırda Heinlə “Arsenal” arasında müqavilə yalnız bir il daha qüvvədədir.
Qeyd edək ki, “Arsenal”ın əsas qapıçısı dünyanın ən bahalı qapıçılarından biri olan David Raya, əvəzedici qapıçısı isə Kepa Arrisabalaqa hesab olunur.
“Verder” isə ötən mövsümü Almaniya Bundesliqasında 8-ci yerdə tamamlayıb.