- Transfer
- 23:14 26.03.2026
İspaniyanın “Vilyarreal” klubu portuqaliyalı mərkəz müdafiəçisi Renatu Veyqanı “Çelsi”dən transfer edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə bağlanan müqavilə 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Bu transfer İspaniya klubuna 24,5 milyon avroya başa gəlib.
Veyqa “Çelsi”də 18 oyunda meydana çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyalı müdafiəçi London klubunda keçən mövsüm Konfrans Liqasının qalibi olub. Həmçinin, bu ilin yayında o, milli komandası ilə UEFA Millətlər Liqasının çempionu olub.
Karyerası ərzində Veyga “Sportinq”, “Auqsburq”, “Bazel” və “Yuventus”da da çıxış edib.