15 may 2026. Cümə

Eni Diuf rəsmən “İnter”də


  • Transfer
  • 00:23 23.08.2025
  • Oxunma sayı: 246
Eni Diuf rəsmən “İnter”də

Fransalı yarımmüdafiəçi Eni Diufun “İnter” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  22 yaşlı futbolçu 2030-cu ilin yayına qədər uzunmüddətli müqavilə imzalayıb.

Transferin ümumi dəyəri 20 milyon avrodur, əlavə olaraq “Lens” klubu 5 milyon avro bonus qazana bilər.

Ötən mövsüm Diuf Fransa Liqa 1-də 34 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, ötən mövsüm İtaliya çempionatında “neradzurri” yalnız 1 xal fərqi ilə “Napoli”yə uduzaraq tituldan geri qalmışdı. Yeni mövsüm 25 avqustda start götürəcək və “İnter” evdə “Torino”nu qəbul edəcək.







Transfer