26 mart 2026. Cümə axşamı

Aleks Moreno "Aston Villa"dan ayrıldı - "Jirona" ilə iki illik müqavilə imzaladı


  • Transfer
  • 18:47 23.08.2025
  • Oxunma sayı: 205
Aleks Moreno "Aston Villa"dan ayrıldı  - "Jirona" ilə iki illik müqavilə imzaladı

İspaniyalı müdafiəçi Aleks Moreno İngiltərənin “Aston Villa” klubunu tərk edib.

90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı futbolçu karyerasını La Liqa təmsilçisi “Jirona”da davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Moreno “Jirona”ya azad agent statusunda keçib və yeni klubla iki illik müqavilə imzalayıb.

Təcrübəli müdafiəçi “Aston Villa”ya 2023-cü ilin qışında transfer olunmuşdu. Lakin ötən mövsüm o, icarə əsasında “Nottingem Forest”də çıxış edib. Mövsüm başa çatdıqdan sonra onun “Villa” ilə müqaviləsi yekunlaşıb.

Aleks Moreno “Barselona” akademiyasının yetirməsidir. Karyerası ərzində o, həmçinin “Malyorka”, “Elçe”, “Rayo Valekano” və “Betis” kimi klubların formasını geyinib.

Qeyd edək ki, “Jirona” ötən mövsüm La Liqada qalmağı bacarıb və qarşıdakı mövsümdə də elitada mübarizə aparacaq.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb