26 mart 2026. Cümə axşamı

“Arsenal” Ebereçi Ezenin transferini rəsmən açıqladı


  • Transfer
  • 20:27 23.08.2025
  • Oxunma sayı: 208
“Arsenal” Ebereçi Ezenin transferini rəsmən açıqladı

 “Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Ezenin “Arsenal” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanıb. London klubu keçid üçün qarşı tərəfə bonuslarla birlikdə 78 milyon avro ödəyib.

İngiltərəli futbolçu "topçular"da 10 nömrəli forma ilə çıxış edəcək və komandaya “Lids Yunayted”ə qarşı bu həftəsonu keçiriləcək oyundan sonra qoşulacaq.

“Ebereçinin komandamıza qoşulacağını səbirsizliklə gözləyirik. Transfer normativ prosedurların tamamlanmasından sonra qüvvəyə minəcək,” – deyə klubun açıqlamasında bildirilir.

Qeyd edək ki, 27 yaşlı futbolçunun adı daha əvvəl “Tottenhem”lə də hallanırdı və onun bu kluba keçidi an məsələsi kimi qiymətləndirilirdi. Lakin “Arsenal” rəhbərliyi rəqabətdə üstün gələrək Ezeni heyətinə qatmağı bacarıb.

Eze ötən mövsüm bütün turnirlərdə ümumilikdə 43 oyuna çıxıb, 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalına əsasən, onun bazar dəyəri hazırda 55 milyon avro təşkil edir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb