1 oktyabr 2026. Cümə axşamı

Şəxsi müqavilə şərtlərində razılığa gəldilər


  • Transfer
  • 12:04 24.08.2025
  • Oxunma sayı: 200
Şəxsi müqavilə şərtlərində razılığa gəldilər

PSJ-nin qapıçısı Canluici Donnarumma “Mançester Siti” ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder jurnalist Fabritsio Romano sosial şəbəkə “X”də məlumat yayıb.

O, hazırda İngiltərə klubu ilə Paris təmsilçisi arasında transferin detalları müzakirə olunduğunu və transfer məbləğinin PSJ-nin əvvəl istədiyi 50 milyon avrodan daha aşağı olacağını qeyd edib.

İtaliyalı qolkiperin “Siti”yə keçidi, əsasən, braziliyalı qapıçı Edersonun bu yay komandadan ayrılıb-ayrılmayacağından asılıdır. Onun xidmətlərində Türkiyənin “Qalatasaray” klubu maraqlıdır.

Xatırladaq ki, Donnarumma ötən mövsüm bütün turnirlərdə 47 matça çıxıb, onlardan 17-də qapısını toxunulmaz saxlayıb. 25 yaşlı qapıçının PSJ ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir