- Transfer
- 12:47 04.12.2025
“Tottenhem” “Mançester Siti”nin gənc hücumçusu Savionu transfer etməkdə maraqlıdır.
90deqiqe.Az-ın məlumatına görə, London klubu braziliyalı vingerin keçidi üçün 70 milyon avrodan artıq təklif etməyə hazırdır. Lakin “Siti” rəhbərliyi oyunçunu yalnız 80 milyon avrodan yuxarı məbləğə satmağa razıdır.
“Şəhərlilər” yay boyunca transferin qarşısını alıblar. Klub rəhbərliyi hesab edir ki, 21 yaşlı futbolçunun potensial dəyəri çox yüksək ola bilər və indi satış onun üçün vaxtından əvvəl qərar sayılacaq.
Xatırladaq ki, Savio 2024-cü ilin yayında “Mançester Siti”yə keçib. O, indiyədək bütün turnirlərdə 48 matçda iştirak edib, 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı hücumçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” məlumatına əsasən, futbolçunun bazar dəyəri 50 milyon avro təşkil edir.