1 oktyabr 2026. Cümə axşamı

“Borussiya” “Çelsi” ilə iki transfer barədə razılığa gəldi


  • Transfer
  • 13:12 24.08.2025
  • Oxunma sayı: 215
“Borussiya” “Çelsi” ilə iki transfer barədə razılığa gəldi

Dortmund “Borussiya”sı “Çelsi” ilə Karni Çukvuemeka və Aaron Anselmino transferləri üçün tam razılıq əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, Çukvuemeka alman klubuna daimi əsasda transfer olunacaq. Anselmino isə satınalma hüququ olmadan icarəyə götürüləcək.

Xatırladaq ki, Çukvuemeka ötən mövsümün ikinci yarısını icarə əsasında məhz “Borussiya”da keçirib. İngiltərəli yarımmüdafiəçi həmin müddətdə bütün turnirlərdə 17 matça çıxıb və 1 qol vurub. Gənc müdafiəçi Anselmino isə mövsümün ilk yarısında “Boka Xuniors”un heyətində icarə əsasında çıxış edib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir