14 dekabr 2025. Bazar günü

İnyaki Penya “Elçe”yə icarəyə keçəcək


  • Transfer
  • 13:40 24.08.2025
  • Oxunma sayı: 182
İnyaki Penya “Elçe”yə icarəyə keçəcək

“Barselona”nın qapıçısı İnyaki Penya La Liqanın yeni iştirakçısı “Elçe”yə icarə əsasında transfer olunacaq.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu bu təklifi qəbul edib. 

Penya “Elçe”yə keçməzdən əvvəl “Barselona” ilə müqaviləsini uzatmağa da razılıq verib.

Kataloniya klubunun formasını ümumilikdə 45 matçda geyinən qapıçı 64 qol buraxıb və 11 oyunda qapısını toxunulmaz saxlayıb. Onun “Barselona” ilə mövcud müqaviləsi gələn ilin ortalarına qədər qüvvədədir.

Qeyd edək ki, iki turdan sonra “Barselona” 6 xalla turnir cədvəlinə başçılıq edir, “Elçe” isə 2 xal toplayıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı