- Transfer
- 12:47 04.12.2025
“Mançester Yunayted”in iki futbolçusu – hücumçu Rasmus Hoylund və cinah oyunçusu Ceydon Sanço karyeralarını “Bavariya” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Sky Sport Germany"a istinadən məlumatına görə, Münhen klubu hər iki futbolçunu heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Almaniya nəhəngi artıq futbolçuların transferi üçün agentləri ilə danışıqlara başlayıb və razılıq əldə edildikdən sonra Mançester klubu ilə danışıqlara başlanılacaq.
“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim hər iki oyunçunun komandadan ayrılmasını istəyir.
Qeyd edək ki, ötən mövsüm Sanço icarə əsasında “Çelsi”də çıxış edib. O, London klubunun heyətində bütün turnirlərdə 42 matça çıxaraq 5 qol vurub və 10 məhsuldar ötürmə edib. Hoylund isə “Yunayted”də 52 qarşılaşmada forma geyinib, 10 qol və 4 assistlə yadda qalıb.