1 oktyabr 2026. Cümə axşamı

“Marsel” hücumçusu Conatan Rou ilə yollarını ayırdı


  • Transfer
  • 20:51 24.08.2025
  • Oxunma sayı: 255
“Marsel” hücumçusu Conatan Rou ilə yollarını ayırdı

Fransanın “Marsel” klubu ingiltərəli hücumçu Conatan Rou ilə yollarını ayırdığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu karyerasını İtaliyanın “Bolonya” klubunda davam etdirəcək.

Tərəflər 4 illik müqavilə imzalayıb. Bu keçid İtaliya klubuna 19 milyon avroya başa gəlib.

Xatırladaq ki, Rou “Renn”lə Fransa Liqa 1-in ilk tur oyunundakı məğlubiyyətdən sonra baş vermiş insident səbəbindən satış siyahısına çıxarılmışdı. O, həmin qarşılaşmadan sonra paltardəyişmə otağında Adrien Rabiot ilə mübahisə və dava etmişdi.

Geridə qalan mövsümdə Rou “Marsel”in heyətində 30 matça çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir