5 dekabr 2025. Cümə

"Napoli" ispan müdafiəçi ilə müqavilə imzalayıb


  • Transfer
  • 16:43 25.08.2025
  • Oxunma sayı: 110
"Napoli" ispan müdafiəçi ilə müqavilə imzalayıb

İtaliyanın “Napoli” klubu müdafiə xəttinə yeni futbolçu cəlb edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Neapol təmsilçisi “Jirona”nın sol cinah müdafiəçisi Migel Qutyerresi heyətinə qatıb.İspaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

İtaliya mətbuatının məlumatına əsasən, "Napoli" bu transfer üçün "Jirona"ya 18 milyon avro təzminat ödəyib.

24 yaşlı Qutyerres ötən mövsüm "Jirona"nın heyətində 36 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Migel Qutyerresin "Napoli"də debütü 23 avqust tarixində A Seriyasının ilk turunda “Sassuolo”ya qarşı keçiriləcək oyunda baş tuta bilər.







Transfer