- Transfer
- 12:47 04.12.2025
Madrid “Real”ının qapıçısı Tibo Kurtua baş məşqçi Xabi Alonsonun ona verdiyi tapşırıqlar barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, "Real Madrid TV" belçikalı qolkiperin dediklərini belə çatdırıb.
“Məşqçimiz məndən çox aktiv olmağımı tələb edir. Oyunda çox qaçıram və bəzən demək olar ki, meydanın mərkəzinədək irəliləyirəm. Matçın bütün gedişində konsentrasiyanı saxlamağım vacibdir”
Kurtua əlavə edib ki, Xabi Alonso komandadan rəqibə qarşı daha aqressiv pressinq qurmağı tələb edir.
İspaniya La Liqasının ilk iki turundan sonra “Real” 6 xal toplayaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Kral klubu” “Osasuna”ya (1:0) və “Real Ovyedo”ya (3:0) qalib gəlib.