1 oktyabr 2026. Cümə axşamı

“Tottenhem”in 70 milyonluq təklifi qəbul edilmədi


  • Transfer
  • 21:30 25.08.2025
  • Oxunma sayı: 373
“Tottenhem”in 70 milyonluq təklifi qəbul edilmədi

“Komo”nun hücumameyilli yarımmüdafiəçisi Nikolas Pas karyerasını yenidən Madrid “Real”ında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Real” rəhbərliyi argentinalı futbolçunun İngiltərə “Tottenhem”inə keçidini əngəlləyib.

London klubu 70 milyon avro təklif etsə də, “Komo”nun təklifi rədd etməsində Madrid təmsilçisinin mövqeyi həlledici olub.

“Kral klubu” Pasın hələlik “Komo”da qalmasından məmnundur, lakin onun 2026-cı ilin yayında Madridə dönüşü getdikcə daha real görünür.

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi “Real”ın yetirməsidir. O, ötən il 6 milyon avroya “Komoya” transfer olunub. Cari mövsümdə isə italiyalı klubun heyətində bütün turnirlərdə 37 oyuna çıxaraq 7 qol vurub və 10 assist edib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir