5 dekabr 2025. Cümə

"Fiorentina" "Kalyari"nin forvardını heyətinə qatıb


  • Transfer
  • 21:46 25.08.2025
  • Oxunma sayı: 159
"Fiorentina" "Kalyari"nin forvardını heyətinə qatıb

“Fiorentina” heyətini yeni hücumçu ilə gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı Roberto Pikkoli “Kalyari”dən “fiqallar”ın sırasına qoşulub. Transferin dəyəri 25 milyon avro qiymətləndirilir, müqavilənin müddəti isə hələ açıqlanmayıb.

Pikkoli “Atalanta”nın futbol məktəbinin yetirməsidir və ötən mövsümü “Kalyari”də keçirib.

Seria A-da 37 oyunda çıxış edən hücumçu 10 qol vurub və 1 assist edib. Transfermarkt portalına görə, Pikkolinin bazar qiyməti 12 milyon avrodur, əsas mövqeyi mərkəz hücumçusudur.

Qeyd edək ki, “Fiorentina” ötən mövsümü Seria A-da 6-cı pillədə başa vurub və yeni mövsümdə UEFA Konfrans Liqasında iştirak edəcək.







Transfer