- Transfer
- 12:47 04.12.2025
İtaliyanın "Roma" klubunun mərkəz hücumçusu Artem Dovbik karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı forvardın xidmətində İspaniyanın "Vilyarreal" klubu maraqlıdır. "Sualtı qayıqlılar"ın Ukrayna milli komandasının üzvü ilə danışıqların irəliləmiş mərhələsindədir.
"Vilyarreal" Dovbiki icarəyə götürməyi və onun gələcək transferi üçün satın alma hüququnu əldə etməyi planlaşdırır. İspan klubunun, forvardın tam əmək haqqını ödəməyə hazır olduğu vurğulanır. Həmçinin, Artem Dovbikinin keçidə müsbət yanaşdığı və bu addımı atmağa hazır olduğu qeyd edilir.
Bununla yanaşı, "Roma"nın yeni bir hücumçu transfer etməsini gözləmək lazımdır, çünki Dovbikin transferinin yekunlaşması yalnız bu mərhələnin tamamlanmasından sonra baş tutacaq.
Keçən mövsümdə Artem Dovbik 45 rəsmi matçda iştirak edərək 17 qol və 4 ötürmə ilə komandasına mühüm töhfə verib. Onun Transfermarkt portalında qiyməti isə 30 milyon avro olaraq dəyərləndirilir.