- Transfer
- 12:47 04.12.2025
"Çelsi" klubunun yarımmüdafiəçisi Karni Çukvuemekanın "Borussiya Dortmund" klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 30 iyun 2030-cu il tarixinə qədər yeni müqavilə imzalayıb.
Futbolçu, klubun rəsmi saytına verdiyi müsahibəsində: "İndi "Borussiya"nın ayrılmaz bir hissəsi olmaq çox xoşdur. Son bir neçə ay ərzində bu klubu, baş məşqçini, komanda yoldaşlarımı və azarkeşləri tanımışam və indi mənim yeni futbol evim "Borussiya Dortmund" olduğu üçün çox xoşbəxtəm. Komanda olaraq hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm", — deyə qeyd edib.
Çukvuemeka, "Borussiya Dortmund" ilə keçən mövsümün ikinci yarısında 17 rəsmi matçda iştirak edib və bu müddət ərzində bir qol vurmuşdur.