14 dekabr 2025. Bazar günü

“Atletiko” “Yuventus”un hücumçusu üçün təklif hazırlayır


  • Transfer
  • 20:48 26.08.2025
  • Oxunma sayı: 80
“Atletiko” “Yuventus”un hücumçusu üçün təklif hazırlayır

“Yuventus”un hücumçusu Nikolas Qonsales karyerasını  “Atletiko” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Madrid klubu argentinalı futbolçunun xidmətində maraqlıdır.

ispan təmsilçisi 27 yaşlı futbolçu üçün yaxın günlərdə ilk rəsmi təklif göndərməyə hazırlaşır.

Argentinalı oyunçu Turin klubunu tərk etməyə hazırdır. Buna səbəb onun baş məşqçi İqor Tudorla anlaşmazlıq yaşamasıdır.

“Yuventus” isə hücumçunu 30 milyon avro dəyərində qiymətləndirir və sərfəli təklif olacağı halda satmağa hazırdır.

Geridə qalan mövsümdə Qonsales bütün turnirlərdə 38 matça çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun bazar dəyərini 24 milyon avro olaraq göstərir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı