- Transfer
- 23:59 29.01.2026
“Napoli” klubu hücum xəttini gücləndirməyə hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, A seriyası təmsilçisi “Mançester Yunayted”in forvardı Rasmus Hoylundla şəxsi müqavilə şərtlərini razılaşdırıb. Klub rəhbərlikləri də transferin yekunlaşmasına yaxındır.
22 yaşlı danimarkalı futbolçu 2023-cü ilin avqustunda “Atalanta”dan 77,8 milyon avroya “Mançester Yunayted”ə transfer olunmuşdu. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Transfermarkt portalı Hoylundun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Geridə qalan mövsümdə gənc hücumçu bütün turnirlərdə 52 oyuna çıxaraq 10 qol vurub və 4 məhsuldar ötürmə edib.