26 mart 2026. Cümə axşamı

“Çelsi” Fermin Lopes üçün rəsmi təklif göndərdi


  • Transfer
  • 21:00 26.08.2025
  • Oxunma sayı: 181
“Çelsi” Fermin Lopes üçün rəsmi təklif göndərdi

“Çelsi” klubu “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin transferi üçün rəsmi təklif irəli sürüb.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, İngiltərə təmsilçisi 21 yaşlı futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır.

Mənbənin iddiasına əsasən, Kataloniya klubu bu təklifi nəzərdən keçirəcək. Çünki sözügedən transfer “Barselona”nın maliyyə feyr-pley qaydaları ilə bağlı mövcud problemlərinin həllinə kömək edə bilər. Lakin son qərarın ispaniyalı oyunçunun mövqeyindən asılı olacağı vurğulanır.

Geridə qalan mövsümdə Fermin Lopes bütün turnirlərdə 46 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt futbolçunun bazar dəyərini 50 milyon avro olaraq göstərir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb