26 mart 2026. Cümə axşamı

“Qalatasaray” Kuesta transferi ilə bağlı “Spartak”ı məhkəməyə verə bilər


  • Transfer
  • 21:10 26.08.2025
  • Oxunma sayı: 152
“Qalatasaray” Kuesta transferi ilə bağlı “Spartak”ı məhkəməyə verə bilər

Türkiyənin “Qalatasaray” klubu müdafiəçi Karlos Kuestanının transferi ilə bağlı gözlənilməz problem yaşayıb.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi Moskva “Spartak”ına qarşı məhkəməyə və FIFA-ya müraciət etməyi nəzərdən keçirir.

Məlumata görə, tərəflər kolumbiyalı futbolçunun transferi ilə bağlı razılığa gəlib və oyunçu menecerləri ilə birlikdə artıq bir neçə gündür Rusiyadadır. Lakin “Spartak”ın digər futbolçuya maraq göstərməsi səbəbindən keçid baş tutmaya bilər.

Bildirilir ki, əgər Moskva klubu müqavilədən imtina etsə, bunu Kuestanının sağlamlıq problemləri ilə əsaslandırmağa çalışacaq. Halbuki futbolçu “Qalatasaray”ın mövsümöncəsi toplanışından əvvəl tibbi müayinədən keçib və tam hazır olduğuna dair rəsmi rəy alıb.

İddiaya görə, əgər “Spartak” transferdən geri çəkilsə, “Qalatasaray” hüquqi addımlar ataraq məsələni məhkəmə və FIFA-ya daşıyacaq.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb