14 dekabr 2025. Bazar günü

Nemanya Matiç karyerasını A Seriyasında davam etdirəcək


  • Transfer
  • 21:35 26.08.2025
  • Oxunma sayı: 168
Nemanya Matiç karyerasını A Seriyasında davam etdirəcək

Təcrübəli serb yarımmüdafiəçi Nemanya Matiç yenidən İtaliya çempionatına qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu “Sassuolo” ilə bir illik müqavilə imzalayıb. O, yeni klubuna azad agent statusunda qoşulub.

Matiç sonuncu dəfə Fransada “Lion”un heyətində çıxış edib. O, Liqa 1-in yeni mövsümü başlamazdan əvvəl komandanı tərk edərək azad oyunçu olmuşdu.

Serbiyalı futbolçu daha əvvəl “Çelsi”, “Mançester Yunayted”, “Benfika”, “Vitess” və “Renn”in də formasını geyinib. İtaliyada isə o, 2022–2023-cü illərdə “Roma”da çıxış edib.

Transfermarkt-ın qiymətləndirməsinə görə, Matiçin hazırkı bazar dəyəri 2 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı