- Transfer
- 23:28 26.03.2026
“Yuventus” müdafiə xəttini gücləndirmək üçün yeni namizədi müəyyənləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, Turin klubu PSJ-nin gənc futbolçusu Lukas Beraldo ilə maraqlanır. İtaliya klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
21 yaşlı oyunçunun bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir. Braziliyalının Paris təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Beraldonun hazırkı mövsümdə Liqa 1-də cəmi bir oyunu var. Ötən mövsüm isə o, PSJ forması ilə 25 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.