- Transfer
- 23:28 26.03.2026
İtaliyanın “Komо” klubu İsveç “Mjolbi”nin qapıçısı Noel Törnkvistin transferi üzrə razılığa yaxınlaşıb.
90deqiqe.Az-ın "Expressen" portalına istinadən məlumatına görə, 23 yaşlı qolkiper cari mövsümün sonuna qədər hazırki komandasında icarə əsasında qalacaq.
"Komо” isveçli futbolçunu Fransanın “Brest” klubundan yüksək təklif verərək öz tərəfinə çəkməyə müvəffəq olub. Transferin dəqiq detalları yaxın günlərdə açıqlanacaq.
Hazırda Törnkvist “Mjolbi” ilə İsveç çempionatında qızğın mübarizə aparır. Komanda 21 turdan sonra 50 xalla birinci yerdədir, “Hammarbi” isə 42 xalla ikinci sıradadır. 23 yaşlı qapıçının bazar dəyəri 1,3 milyon avro olaraq qiymətləndirilir. O, cari mövsümdə bütün matçlarda çıxış edib, 7 qol buraxıb və 16 oyunda qapısını toxunulmaz saxlayıb.