- Transfer
- 23:28 26.03.2026
İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçi Artur Melonu Braziliyanın “Qremio” komandası ilə icarə əsasında anlaşıb.
90deqiqe.Az-ın məlumatına görə, nu barədə xəbər klubun rəsmi saytında yayımlanıb.
29 yaşlı futbolçu 2020-ci ildən “Yuventus”un heyətində çıxış edir. Bu müddət ərzində o, 63 oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Daha əvvəl Artur Melo “Barselona”, “Liverpul” və “Fiorentina” klublarında çıxış edib, ötən mövsümü isə “Jirona”da icarə əsasında keçirib (15 oyun).
Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 5 milyon avrodur. İcarə müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir. Cari mövsümdə 20 turdan sonra “Gremio” 14-cü yerdə qərarlaşıb.