- Transfer
- 23:28 26.03.2026
Fransa "Lion"unun mərkəz hücumçusu Jorj Mikautadze karyerasını İspaniyanın "Vilyarreal" klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən məlumatına görə, "Sualtı qayıqlılar" 24 yaşlı futbolçunun xidmətində maraqlıdır. İspaniya klubu yaxında günlərdə Gürcüstan millisinin üzvü üçün Fransa klubuna 30 milyon avroluq təklif göndərəcək.
Bu mövsüm Fransa çempionatında yalnız iki oyun keçirmiş Mikautadze, bir qol vurub. Hələlik onun "Lyon"la müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. Transfermarkt ekspertləri, gürcü hücumçusunun bazar dəyərini 22 milyon avro qiymətləndirir.