26 mart 2026. Cümə axşamı

"İnter" də Sanço üçün mübarizəyə qoşuldu


  • Transfer
  • 16:51 27.08.2025
  • Oxunma sayı: 142
"İnter" də Sanço üçün mübarizəyə qoşuldu

"Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço karyerasını İtaliyanın "İnter" klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk "a istinadən məlumatına görə, "nerradzura" 25 yaşlı futbolçunun transferi üçün mübarizəyə qoşulub. İtaliya klubu artıq ingilis futbolçunun agenti ilə əlaqə saxlayıb.

Hazırda Sanço, "Mançester Yunayted"in əsas komandasından ayrı məşq edir və "Old Trafford"u tərk etmək istəyini açıq şəkildə bildirib.

Daha əvvəl Sanço "Roma" ilə əlaqələndirilsə də futbolçu Roma klubuna getmək istəmədiyi üçün bu transfer reallaşmayıb.

Sanço, 2021-ci ildən bəri "Mançester Yunayted"də çıxış edir. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 28 milyon avro təşkil edir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb