5 dekabr 2025. Cümə

"Borussiya"nı Premyer Liqa klubuna dəyişə bilər


  • Transfer
  • 17:15 27.08.2025
  • Oxunma sayı: 137
"Borussiya"nı Premyer Liqa klubuna dəyişə bilər

Dortmund "Borussiya"sının mərkəz hücumçusu Maximilian Bayer karyerasını İngiltərənin Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, 22 yaşlı futbolçunun xidmətində "Brentford" klubu maraqlıdır. Premyer Liqa klubu artıq futbolçunun transferi üçün agenti ilə danışıqlara başlayıb.

"Borussiya"nın rəhbərliyi, Bayerin transferi ilə bağlı qərarsızdır. Ancaq "Şmellər" bu mövsüm "Vulverhempton"dan Fabio Silvunu transfer etsə, Bayerin transferi ilə bağlı mövqeləri dəyişə bilər.

Həmçinin qeyd olunur ki, Alman hücumçusuna İngiltərənin başqa iki klubu da maraq göstərir.

Keçən mövsümdə Maximilian Bayer "Borussiya"da 46 oyun keçirib, 10 qol və 6 asist qeydə alıb. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 25 milyon avro təşkil edir.







Transfer