- Transfer
- 12:47 04.12.2025
“Beşiktaş” yay transfer pəncərəsində daha bir futbolçunun transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu İtaliyanın “Yuventus” komandasından müdafiəçi Tiaqo Calonu heyətinə qatıb.
“Beşiktaş” portuqaliyalının keçidi üçün qarşı tərəfə 3,5 milyon avro ödəyəcək. Ödəniş 3 hissədə həyata keçiriləcək. Bundan əlavə, müqavilədə 1 milyon avroluq bonus maddəsi də yer alıb.
Qeyd edək ki, Tiaqo, 2023-2024 mövsümündə 5,10 milyon avroya "Lill"dən "Yuventus"a keçib. Tiaqo Calo 2024-25 mövsümü üçün "Portu"da icarə əsasında çıxış edib. Tiaqo Calo karyerası ərzində 146 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə edib. Futbolçu "Lill"in heyətində 102 matçda meydana çıxıb