- Transfer
- 12:47 04.12.2025
İngiltərənin “Liverpul” klubu Məhəmməd Salahın gələcəkdə komandadan ayrılması halında onu əvəzləyə biləcək futbolçunu tapıb.
90deqiqe.Az-ın "Bayern Space"yə istinadən məlumatına görə, mersisaydlılar fransalı hücumçu Maykl Oliseni ideal namizəd hesab edirlər.
Hazırda 23 yaşlı futbolçu Almaniyanın “Bavariya” klubunun formasını geyinir. O, 2024-cü ilin yayında “Kristal Pelas”dan Münhen təmsilçisinə transfer olunub.
Olisenin xidmətində “Liverpul”dan əlavə, İngiltərə Premyer Liqasının digər iki nəhəngi – “Çelsi” və “Mançester Siti” də maraqlıdır.
“Transfermarkt” portalı gənc vingerin dəyərini 100 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl mətbuatda Məhəmməd Salahın “Liverpul”u 2026-cı ilin yayında tərk edə biləcəyi barədə məlumatlar yayılmışdı.