5 dekabr 2025. Cümə

“Barselona” “Monako”nun müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 21:13 27.08.2025
  • Oxunma sayı: 141
“Barselona” “Monako”nun müdafiəçisini transfer etmək istəyir

Fransa “Monako”sunun müdafiəçisi Vanderson karyerasını “Barselona”da davam etdirə bilər.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, Kataloniya təmsilçisi braziliyalı futbolçunun xidmətində maraqlıdır. La Liqa nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

“Monako”nun əsas hədəfi İnyiqo Martinesin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidindən sonra müdafiə xəttini gücləndirməkdir.

Bununla belə, transferin reallaşması üçün “Barselona” əvvəlcə heyətdə satış həyata keçirməlidir. Beləliklə, maliyyə büdcəsində yer açıldıqdan sonra Vandersonla müqavilə bağlamaq mümkün ola bilər.

Futbolçunun transfer qiyməti təxminən 25 milyon avro dəyərindədir. Vanderson ötən mövsüm Liqa 1-də 29 oyunda iştirak edib və üç qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, “Barselona” La Liqanın yeni mövsümündə altı xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb.







Transfer